Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

8 SENTYABR - DÜNYA FİZİOTERAPİYA GÜNÜNDƏ ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏZANASINDA FİZİOTERAPEVTİK və REABİLİTASİYA KABİNETLƏRİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

Kabinetlərin açılışında TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in tibbi xidmətlərin təşkili departamenti, ixtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı iştirak edib.

Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşlarda xəstəliyin verdiyi fəsadların qarşısının alınmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

Kabinetlərin açılışında TƏBİB-in fizioterapiya və reabilitasiya işçi qrupunun üzvü Dr. Nəzir Rzalı fizioterapevtik kabinetdə pasiyentlərin qəbulunu həyata keçirdi.

Kabinetlərin açılışından sonra tibb müəssisəsinin həkimləri üçün fizioterapiyaya dair konfrans keçirilib.

Daha sonra 145 müxtəlif profilli həkimlərin iştirakı ilə konfrans keçirilib. Konfransın açılışında TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov və TƏBİB-in tibbi xidmətlərin təşkili departamenti, ixtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr.Tamara Nurəliueva vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.

Konfransın gedişatında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2023-cü il üzrə Assosiasiyanın dövlət səhiyyə qurumlar ilə birgə əməkdaşlıq nəticəsində müalicənin keyfiyyətinin artırılması haqda və gələcək prespektivlər barədə çıxış etdi. Növbəti çıxış Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Mərkəzin imkanları və fizioterapiyanın müxtəlif xəstəliklərin müalicəsində vacib rol oynadığını vurğulamışdır.

Yekunda həkimlər arasında sual cavab ilə təcrübə mübadilasi aparıldı.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Fizioterapiya #8SentyabrFizioterapiyaGünü #Koaqulopatiya #TƏBİB #Hemofiliya #Hematologiya

 

Alt şəkillər

16942812276747-800x500.jpg
1694281227683380-800x500.jpg
1694281227691358-800x500.jpg
1694281227679733-800x500.jpg
1694281227699611-800x500.jpg
1694281227700811-800x500.jpg
1694281227700470-800x500.jpg
1694281227699154-800x500.jpg
1694281227701919-800x500.jpg
1694281227701139-800x500.jpg
1694281227702746-800x500.jpg
1694281227701491-800x500.jpg
1694281227702974-800x500.jpg
1694281227702513-800x500.jpg
169428122770288-800x500.jpg
1694281227719842-800x500.jpg
1694281227719258-800x500.jpg
1694281227720982-800x500.jpg
1694281227720577-800x500.jpg
1694281227720897-800x500.jpg