Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək məqsədi ilə yaradılmışdır. Assosiasiya üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiq edir. Ölkədə hemofiliyalı və digər qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli mualicənin əlçatanlığının təmin edilməsi məqsədi ilə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyəti və üzvləri hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlardan və onların ailə üzvlərindən ibarətdir.