Xorvatiyanın paytaxtı Zaqreb Hemofiliyaya dair elmi konfrans keçirildi

Xorvatiyanın paytaxtı Zaqreb Hemofiliyaya dair elmi konfrans keçirildi

6-8 oktyabr 2023-cü il tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi qanın laxtalanma pozğunluğuna dair elmi konfransı keçirildi. Konfransda  Avropa Hemofiliya Konsorsiumunun üzv təşkilatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən sədr Ayaz Hüseynov iştirak etmişdir.

Qeyd edək ki, elmi konfransa 50-dən çox ölkə iştirak etmişdir. Konfransda çıxış edən dünya şöhrətli həkimlər əsasən qanın laxtalanma pozğunluğunun müasir müalicəsi, gen terapiyası, fizioterapiya, xroniki ağrıların qarşısının alınması və digər vacib mövzulara toxunmuşlar.

7 oktyabr 2023-cü il tarixində Xorvatiyanın Zaqreb şəhərində Dünya Hemofiliya Federasiyası tərəfindən üzv təşkilatları ilə görüş keçirildi. Görüş zamanı 2024-cü ildə İspaniyanın Madrid şəhərində keçiriləcək elmi ķonqress haqda ətraflı məlumat verildi. Daha sonra üzv təşkilatlar tərəfindən sual cavab ilə görüş davam etdirildi.

Daha sonra Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun prezidentilə arasında görüş keçirildi. Görüş zamanı yaxın gələcəyə Azərbaycanda qanın laxtalanma pozğunluğunun müalicəsinin keyfiyyətinin artırılması və multidissiplinar yanaşmanın qurulması səmtində planlar müzakirə edildi.

Qısa müddətdə Avropa Hemofiliya Konsorsiumunun və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sıx əməkdaşlığı gözlənilir.

Alt şəkillər

1697406650809291-800x500.jpg
1697406650819964-800x500.jpg
1697406650815469-800x500.jpg
1697406650823491-800x500.jpg
169740665083214-800x500.jpg
1697406650832951-800x500.jpg
1697406650831629-800x500.jpg
1697406650831673-800x500.jpg
1697406650832904-800x500.jpg