Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə regionlarda "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminarlar keçiriləcək.
Tədbirlərin əsas məqsədi genetik və qazanılmış laxtalanma pozuntularından əziyyət çəkən qadın və qızların müasir müalicəsinə yanaşmaq, ağırlaşmaların və şiddətli qanaxmaların qarşısını almaqdır.
Seminarlarda həkimlər arasında təcrübə mübadiləsinin aparılması, beynəlxalq protokollara əsasən müalicənin təbliği və xüsusilə hematoloji və ginekoloji müalicə üsulları müzakirə olunacaq.
Həmçinin, bu seminarlarda əldə olunan biliklər şiddətli qanaxmalar nəticəsində ana və uşaq ölü*lərinin qarşısının alınmasına zəmin yaradacaq.