29-30 noyabr 2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə Səhiyyədə Fövqəladə Hallar Proqramı çərçivəsində “Azərbaycanda Səhiyyədə fövqəladə hallarda icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda təlim keçirilib.
2 gün davam edən təlimdə dövlət səhiyyə qurumları, qeyri-hökumət təşkilatları o cümlədən Pasient Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ( Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan ) sədri Ayaz Hüseynov və BMT agentlikləri daxil olmaqla 20-dən çox qurum təmsil olunub. Təlimin sonunda iştirakçılar ÜST tərəfindən sertifikatla təltif edilib.
World Health Organization Azerbaijan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB