Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Dünya Hemofiliya Günü münasibəti ilə Elmi Konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Dünya Hemofiliya Günü münasibəti ilə Elmi Konfrans keçirilib

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Dünya Hemofiliya Günü münasibəti ilə Elmi Konfrans keçirilib.

Tədbirə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, hematoloq Mehparə Kazımova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və digərləri qatılıblar.

Açılış nitqi ilə çıxış edən Ayaz Hüseynov 2020-2023-cü illər üzrə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı və əldə edilən nailiyyətlər haqqında məlumat vermiş, Azərbaycanda stomatoloji, fizioterapevtik və dərman preparatları ilə müasir müalicənin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Çıxış edən Hikmət İbrahimli Azərbaycanda hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi ilə bağlı atılan addımlardan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində gördüyü işlərdən danışıb.

Konfransın 1-ci elmi hissəsində cənab Pərvin Əkbərov və xanım Yeganə Əzizovanın sədrliyilə “HEMOFİLİYADA ƏZƏLƏ-SKELET SİSTEMİNİN MÜALİCƏSİ” və “HEMOFİLİYADA OYNAQ DAXİLİ QANAXMALARIN FƏSADLARININ ARADAN QALDIRILMASINDA FİZİOTERAPİYANIN ROLU” mövzusunda təqdimatlar olmuşdur.

Cənab Valeh Hüseynovun və cənab Elviz Qasımovun sədrliyilə Konfransın 2-ci elmi hissəsində Respublika Kliniki Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Naidə Hüseynzadə, Dr. Sevil Cəlilova Yeni Klinika Xəstəxanasının Hematoloqu, İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi, Tibbi planlama departamentinin koordinatoru Dr. Mehparə Kazımova, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin revmatoloqu Dr. Şəhla Hadıyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Dr. Təranə Cəlilova “HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİ VƏ GEN TERAPİYASI”, “QANIN LAXTALANMA SİSTEMİ VƏ ONUN PATOLOGİYALARI”, “AZƏRBAYCANDA HEMOFİLİYANIN AĞIRLAŞMALARININ MÜALİCƏ PRİNSİPLƏRİ”, “HEMOFİLİYADA OYNAQ ZƏDƏLƏNMƏLƏRİNƏ MÜASİR YANAŞMA”, “REGİONLARDA HEMOFİLİYAYA QAYĞI VƏ BU İSTİQAMƏTDƏ GƏLƏCƏK PRESPEKTİVLƏR” haqqında təqdimatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Paralel sessiyalar zamanı Milli Hematologİya və Transfuziologiya Mərkəzinin stomatoloqu Dr. Abbas Abdullayev, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının könüllü stomatoloqu Dr. Aybəniz Şahmuradova və tibb bacısı Sonaver Məhərrəmova tərəfindən “QANIN LAXTALANMA POZĞUNLUĞUNDAN ƏZİYYƏT ÇƏKƏN İNSANLARIN AĞIZ BOŞLUĞUNUN QORUNMASINDA XÜSUSİ YANAŞMA“ , “HEMOFİLİYALI PASİYENTLƏRDƏ BREKET MÜALİCƏSİNİN FAYDALARI”, HEMOFİLİYANIN MÜALİCƏSİNDƏ İLKİN TİBBİ YARDIM”, “FAKTOR PREPARATLARININ DAMARDAXİLİ İNYEKSİYASI VƏ DAMARLARIN QORUNMASI” mövzusunda stomatoloqlar və tibb bacıları üçün seminarlar keçirildi.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Hemofiliya #17Aprel #HemofiliyaAzərbaycan #İTS #PTİ #Azərbaycan 

Alt şəkillər

1682331708993136-800x500.jpg
1682331708997131-800x500.jpg
1682331709011984-800x500.jpg
1682331709007793-800x500.jpg
1682331709023645-800x500.jpg
1682331709023266-800x500.jpg
1682331709024318-800x500.jpg
1682331709024537-800x500.jpg
1682331709024597-800x500.jpg
1682331709024747-800x500.jpg
1682331709024711-800x500.jpg
1682331709025623-800x500.jpg
1682331709025730-800x500.jpg
1682331709025544-800x500.jpg
1682331709025205-800x500.jpg
1682331709026173-800x500.jpg
1682331709026324-800x500.jpg
1682331709059767-800x500.jpg
1682331709060750-800x500.jpg
1682331709060733-800x500.jpg
1682331709060884-800x500.jpg
1682331709060746-800x500.jpg
1682331709061568-800x500.jpg
1682331709061506-800x500.jpg