TƏBİB-də səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

TƏBİB-də səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

TƏBİB-də səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Məqsəd Müraciətlərlə iş departamentinin fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, müraciətlərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, TƏBİB-ə olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:

“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

Pasiyent Təşkilatları İttifaqının və Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov TƏBİB -in 815 çağrı xidmətinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Bundan başqa həkim və pasiyent münasibətlərinin tənzimlənməsi üçün və keyfiyyətli müalicəyə qısa bir zamanda nail olunması üçün məsuliyyətin artırılmasını və bununlada qanunvericiliyə əlavələrin edilməsinin vacibliyini və ən əsası regionlarda yaşayan Hemofiliya xəstəliyindən əziyyət çəkən vətəndaşların dövlət tərəfindən təmin edilən həyati vacib faktor preparatlarının regional xəstəxanalara çatdırılmasının zəruriliyini və vacibliyini bildirmişdir.

Görüş Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri tərəfindən sual cavab ilə davam etmişdir.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #TƏBİB #PTİ

Alt şəkillər

1720183579196669-800x500.jpg
1720183579214327-800x500.jpg
1720183579197479-800x500.jpg
1720183579205903-800x500.jpg
1720183579221730-800x500.jpg