TƏBİB-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

TƏBİB-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

TƏBİB-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və sədr müavini Yeganə Tağıyeva ilə görüşüb. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və müşaviri Pərvin Əkbərov da iştirak ediblər.

Görüş zamanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov TƏBİB-in İcraçı direktoruna son iki il ərzində birgə əməkdaşlıq nəticəsində pasiyentlərin müalicə keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə Assosiasiyanın cari 2023-cü ilə aid “Fəaliyyət planı” təqdim edilib və cari il ərzində görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edilib ki, 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının TƏBİB-lə bərabər 28 fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi simpoziumunun, 17 aprel Dünya Hemofiliya Gününə həsr edilmiş elmi konfransın təşkili, regionlarda tibb işçiləri üçün qanın laxtalanma pozğunluğuna dair seminarların təşkili, pasiyent advokasiyasına dair beynəlxaq konfransın təşkili və digər maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

#TƏBİB #Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #HemofiliyaAzərbaycan #Pasiyent

Alt şəkillər

1676651781388229-800x500.jpg
1676651781395967-800x500.jpg