Şamaxıda Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Şamaxıda Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə Şamaxı və Şamaxıya təhkim olan Ağsu, Qobustan, İsmayıllı xəstəxanalarının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

Seminarın açılışında Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Abşeron Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Dr. Aynur Nəsibzadə " Pediatriyada hemofiliya xəstəliyi", Tibbi Reabilitasiya Mərkəzinin direktor müavini, baş həkim. Dr. Gülay Qurbanzadə "Hemofiliyalı xəstələrin reabilitasiyası", Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimi Məhluqə Talıbova “Hemofiliya xəstəliyinə yanaşma”, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin müdiri, Dr. Səməd Fətəliyev “Hematoloji xəstələrin klinikası, diaqnostikası, müalicəsi və anesteziyanın idarə olunması”, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının üz-çənə cərrahı, həkim Dr. Avçiyev Rüstəm “ Hematoloji xəstələrdə üz-çənə patalogiyalarında cərrahi yardım” və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu, həkim Dr. Hülya İsayeva “ Hematoloji Xəstəliyi olan hamilələrdə hamiləliyin və doğuşun idarə olunması” mövzusunda çıxış ediblər.

Daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və dializ şöbələri ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan pasiyentlərin fizioterapevtik və stomatoloji müalicələrinin təşkili rayon mərkəzi xəstəxanasıda olmasının vacibliyi bir daha vurğulandı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

TƏBİB

Pasiyent Təşkilatları İttifaqı

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

#Səhiyyə #Sağlmlıq #Pasiyent #Hemofiliya #TƏBİB

Alt şəkillər

1721918580669454-800x500.jpg
1721918580669529-800x500.jpg
1721918580662628-800x500.jpg
1721918580666427-800x500.jpg
1721918580670475-800x500.jpg
1721918580670997-800x500.jpg
1721918580670337-800x500.jpg
1721918580670385-800x500.jpg
1721918580670888-800x500.jpg
1721918580671190-800x500.jpg
172191858067162-800x500.jpg
1721918580671672-800x500.jpg
1721918580671673-800x500.jpg
1721918580672544-800x500.jpg
1721918580671786-800x500.jpg