Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirilib

Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirilib

01.08.2023-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğunun müayinəsinin keyfiyyətinin artırılması məqsədilə Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirdi.

Baxış zamanı Ayaz Hüseynovu Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinin müdiri həkim Şəlalə Əliyeva, Hematologiya şöbəsinin hematoloqu həkim Mina Adıgözəlova və Referans Medical Group şirkətinin tibbi koordinatoru həkim İlqar Tapdıqlı müşahidə etmişlər.

Belə ki, baxış zamanı son bir neçə ayda Respublika Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən bir çox uyğunsuzluqlar aradan qaldırılmışdır. Qanın laxtalanma pozğunluğunun yoxlanışı üçün 4 həkim laborant ayrılmışdır və tam avtomatlaşdırılmış laborator avadanlıqlarla laboratoriya təchiz olunmuşdur.

Hazırda operativ şəkildə qanın laxtalanma faktorlarının müayinəsi aparılır və laboratoriya hematologiya şöbəsilə sıx şəkildə çalışır.

Lakin baxış zamanı hemofiliyanın inhibitor formasının və trombosit funksiya və keyfiyyətinin yoxlanmasında çətinliklərin olması müşahidə olundu. Bununla bağlı əlavə avadanlıqlarla təchizatın olması və kadrların təkmilləşməsinin zəruriliyi bildirildi.

Ümumilikdə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovun rəhbərliyilə hemofiliyanın müalicəsində islahatlara başlanılıb. Belə ki, uzun illər ərzində hemofiliyanın müalicəsində uşaq şöbəsi olmayıb və son zamanlaradək uşaqlar böyüklərlə birgə ambulator və stasionar müalicə alırdılar. Bu da psixoloji və tibbi normalara uyğun olmadığı üçün hazırda Respublika Kliniki Xəstəxanası rəhbərinin göstərişilə hemofiliyalı uşaqların ayrı və individual müalicəsi üçün uşaq şöbəsi yaradılıb.

İslahatların tezləşdirilməsi məqsədi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə danışıqlar aparıb və yaxın zamanda hemofiliyanın müalicəsi üçün beynəlxalq standartlara uyğun modelin yaradılması üçün Portuqaliyadan və İrlandiyadan beynəlxalq həkim və ekspertlərin Azərbaycana dəvəti planlaşdırılıb.

Məqsəd, illərlə qalan ciddi problemlərin kökündən həll edilməsi, qısa bir zamanda dövlət səhiyyə qurumlarına dəstək və keyfiyyətli müalicəyə nail olmaq üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dəstəyin göstərilməsidir.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #İTS #TƏBİB #Hemofiliya #RKX

Alt şəkillər

1691077038363890-800x500.jpg
1691077038371449-800x500.jpg
1691077038359298-800x500.jpg
1691077038375716-800x500.jpg
1691077038387794-800x500.jpg
169107703838791-800x500.jpg