Müasir səhiyyənin qurulmasına dair konfrans keçirildi

Müasir səhiyyənin qurulmasına dair konfrans keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi ilə birgə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ev sahibliyi etdiyi yüksək səviyyəli regional görüşlər keçirir.

“Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan görüşdə üç gün ərzində ÜST-nin Avropa Regionunda, xüsusilə Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi əsas məsələlər və imkanlar müzakirə ediləcək.

Qeyd edək ki, Konfransın açılışında çıxışçılar sırasında Pasiyent Təşkilatları İttifaqının üzv pasiyent təşkilatı Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanovanında çıxışı yer almışdır.

Pasiyent Təşkilatları İttifaqının Çıxışında olan məzmunu:

1. Ağır vəziyyətdə xəstəxanaya düşmüş pasiyentlər tam sağalana( əgər kəskin xəstəlikdirsə) və tam kompensasiya vəziyyətinə qədər( əgər xroniki xəstəlikdirsə) tibbi nəzarət altında olmalıdır. Davamlı müalicə reablitasiya tədbirləri ilə tamamlanmalıdır.

2. Azərbaycanın istənilən nöqtəsində səhiyyə əlçatanlığı təmin edilməlidir. Bunu rayon xəstəxanaları təmin etməlidir.

3. Səhiyyə sistemi üçün əgər hədəf pasiyentlərin sağlamlığını təmin etməkdirsə, pasiyentlərin məmnunluğunu qazanmaqdırsa, onları dinləmək lazımdır. Pasiyent təşkilatlarını səhiyyə sistemi öz fəaliyyətinə cəlb etməlidir. Pasiyentlərin aqibətini həll edən bütün proqrammlarda, bütün komissiyalarda pasiyent təşkilatları ekspert kimi dəvət edilməlidir.

Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #İTS #TƏBİB #PTİ #PasiyentTəşkilatlarıİttifaqı

Alt şəkillər

1686089007039623-800x500.jpg
1686089007020594-800x500.jpg
168608900702799-800x500.jpg
1686089007035700-800x500.jpg