Müasir müalicə və diaqnostikası sahəsində aparılan islahatlara dair Mətbuat Konfransı keçiriləcək

Müasir müalicə və diaqnostikası sahəsində aparılan islahatlara dair Mətbuat Konfransı keçiriləcək

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 18 avqust 2023-cü il tarixində hemofiliyanın müasir müalicə və diaqnostikası sahəsində aparılan islahatlara dair Mətbuat Konfransı keçiriləcək.

Məqsəd, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicəsində dovlət səhiyyə qurumları tərəfindən aparılan islahatlar haqqında cəmiyyətə və mediyaya məlumat vermək və yaxın gələcəyə görüləcək əsas işləri pasiyentlərin nəzərinə çatdırmaqdır.

Nəzərinizə çatdırırıq ki, hemofiliyanın müalicəsinin müasir beynəlxalq standarlara uyğunlaşdırılması yönündə köklü islahatlara artıq bir neçə aydır başlanılıb və bu işdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası dövlət səhiyyə qurumlarının fəaliyyətində işlərin tez bir zamanda həll edilməsi üçün dəstəyini göstərir.

Alt şəkillər

1692439627377273-800x500.jpg