22.11.2023-il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.
Təlimdə Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak etmişdir.
Təlimin sonunda iştirakçı qeyri-hökumət təşkilatları və media nümayəndələri sertifikatla təltif ediliblər.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #İTS #PTİ