Hemofiliyanın müasir müalicəsi və diaqnostikası dair mətbuat konfransı keçirildi.

Hemofiliyanın müasir müalicəsi və diaqnostikası dair mətbuat konfransı keçirildi.

18.08.2023-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliyanın müasir müalicəsi və diaqnostikası sahəsində aparılan islahatlara dair mətbuat konfransı keçirildi.

Mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in məsul əməkdaşları, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlər, həkimlər və media nümayəndələri iştirak etmişlər.

Konfransda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 6 ay ərzində dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlığından faydaları və pasiyentlərin müalicəsində mövcud çətinliklər və inkişaf edilməli olan sahələr barədə çıxış etdi.

Bunlardan ən əsası,

1. Hemofiliyanın müalicəsi üçün Respublika Klinik Xəstəxanasında çalışan tibb işçilərindən ibarət multıdısıplınar komandanın formalaşması.

2. Pasiyentlərin elektron məlumat bazasının beynəlxalq standartlara uyğunlaşması.

3. Pasiyentin faktor preparatlarına əlçatanlığını təmin etmək üçün Rayon Mərkəzi Xəstəxanalarına çatdırılması.

4. Pasiyentlərin oynaqlarında yaranan fəsadların aradan qaldırılmasında planlı endoprotez əməliyyatlarının aparılmasına hazırlıq.

5. Von Willebrand xəstəliyinin və inhibitorun diaqnozunun qoyulmasında laboratoriyanın təkmilləşməsi.

6. İnhibitorlu pasiyentlərin dərman preparatlarına əlçatanlığının təminatı.

7. Hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsində xüsusi yanaşma.

Göstərilən əsas məsələlərlə bağlı, işlərin aparıldığı və müalicənin keyfiyyətinin yaxşılaşdırılmasında dövlət səhiyyə qurumlarının lazımı addımların atılacağı bildirildi.

Qeyd edək ki, 2006-cı ildən Dövlət Proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına göstərilən tibbi xidmət və faktor konsentratları ilə təminat qanaxmalarla müşahidə olan xəstəlikdən əziyyət çəkən vətəndaşların həyat keyfiyyəti yüksəlmişdir.

Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların keyfiyyətli müalicəsinin təşkili üçün dövlət səhiyyə qurumları və pasiyent təşkilatı olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası səfərbər olub, yuxarıda göstərilən vəzifələri həyata keçirilməsini yaxın zamanda planlaşdırır.

Alt şəkillər

1692439484435592-800x500.jpg
1692439484426783-800x500.jpg
1692439484447300-800x500.jpg
1692439484431536-800x500.jpg
1692439484455386-800x500.jpg
169243948445612-800x500.jpg
1692439484456350-800x500.jpg
1692439484456891-800x500.jpg
1692439484457326-800x500.jpg
1692439484457475-800x500.jpg
1692439484458705-800x500.jpg
1692439484458445-800x500.jpg
1692439484458238-800x500.jpg