Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında media və səhiyyə yönümlü Qeyri-Hökumət Təşkilatları ilə birlikdə monitorinq keçirilib.

Məqsəd Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaq olmuşdur. Səfər çərçivəsində Lənkəran RMX ilə yanaşı, Lənkəran Regional Perinatal Mərkəzinədə də baxış keçirilib.

Baxış zamanı bir çox İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB müasir səhiyyənin təşkilinə uyğun olaraq son bir il ərzində Lənkaran Rayon Mərkəzi Xəstəxanası müasir tam avtomatlaşdırılmış laborator avadanlıqlarla təchizatlandırmışdır. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub. Ürək damar xəstəliklərinin müalicəsində böyük işlər görülüb və eyni zamanda tibb müəssisəsi yeni MRT və KT cihazları ilə təchiz edilib.

Xüsusən qeyd etmək istərdik ki, 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Lənkaran Rayon Mərkəzi Xəstəxanasında fizioterapiya və reabilitasiya avadanlıqları ilə təchiz etdiyi kabinetlər çox uğurla fəaliyyət göstərir. Fizioterapiya kabinetlərində baxış zamanı TƏBİB, həkimlər, Qeyri-Hökumət Təşkilatları və media nümayəndələri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #İTS #RMX #PTİ #Hemofiliya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

TƏBİB

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

Pasiyent Təşkilatları İttifaqı

Alt şəkillər

1716835814924451-800x500.jpg
1716835814931911-800x500.jpg
1716835814930514-800x500.jpg
171683581493146-800x500.jpg
1716835814932585-800x500.jpg