Hemofiliya Assosiasiyasının sədri Ayaz Hüseynov cənub bölgəsində RMX-ın direktorları ilə görüşdü

Hemofiliya Assosiasiyasının sədri Ayaz Hüseynov cənub bölgəsində RMX-ın direktorları ilə görüşdü

5-6 dekabr 2022-ci il tarixlərində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov cənub bölgəsində Mərkəzi Xəstəxanalarını ziyarət edib.

İlk olaraq Səlyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Ramin Qasımovla görüş keçirildi. Görüş zamanı Səlyan rayonunda pasientlərin, xüsusəndə laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicəsinin yaxşılaşdırılması üçün birgə atılacaq addımlar müzakirə edildi. Müzakirə zamanı xəstəxananın direktoru və Assosiasiya sədri tərəfindən qərara alındı ki, 2023-cü ildə Bakıdan mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsinin artırılması məqsədilə Səlyanda həkimlər üçün qanın laxtalanma pozğunluğu və onun müalicəsi mövzusunda seminar keçirilsin.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Lənkəran Mərkəzi Xəstəxanasını ziyarət etdi və direktor müavini Dr. Taleh Məmmədov və İTS-in regional nümayəndəsi Dr. Sadiq Dadaşovla görüş keçirildi. Görüş zamanı Assosiasiya sədri Ayaz Hüseynov tərəfindən Lənkaranda dövlət səhiyyə qurumları ilə birgə laxatalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlarının müalicəsinin keyfiyyətinin artırılması məqsədilə planlaşdırılan işlərlə bağlı məlumat verildi. Xüsusilə vurğulandı ki, qarşıdan gələn 2023 il Assosiasiya dövlət səhiyyə qurumları ilə birgə Lənkəran Mərkəzi Xəstəxanasında Fizioterapiya kabinetini avadanlıqla və müasir müalicənin tətbiqi sahəsində həkimlərin təkmilləşdirməsi üçün dəstək verməyi planlaşdırılıb. Daha sonra Fizioterapiya kabinetinə baxış keçirilərək fizioterapevtlərlə tanışlıq olmuşdur.

Sonda Ayaz Hüseynov Masallı Mərkəzi xəstəxanasını ziyarət etmişdir. İlk olaraq xəstəxananın direktoru Dr İlqar Ramizoğlu ilə görüşərək Masallı rayonunda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların statistikası və xəstəxananın laboratoriyası barədə danışıldı. Daha sonra xəstəxananın hematoloqu Dr. Mirdamət Nəbiyev və fizioterapevti Dr. Əbdülrəhman Hüseynovla görüş baş tutdu. Görüş zamanı gələcəkdə birgə görüləcək işlər və mövcud perspektivlər barədə danışıqlar aparıldı.

Hemofiliyalı Xəstələrin Respublika Assisosiasiyası tərəfindən üç rayon üzrə əldə edilən məlumatlar qısa bir zamanda TƏBİB-ə təqdim edilməsi nəzərdə tutulub.

#Səhiyyə #Sağlamlıq #TƏBİB #İTS #Pasient #LaxtalanmaPozğunluğu #Hemofiliya #HemofiliyaAzərbaycan

Alt şəkillər

1670491456959629-800x500.jpg
1670491456971951-800x500.jpg
1670491456975137-800x500.jpg