Füzuli Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı keçirildi

Füzuli Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı keçirildi

20.04.2023-cü il tarixində Füzuli Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı keçirildi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

Kabinetlər elektroterapiya və müalicəvi idman üçün avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

Açılışda TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov Füzuli, Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Qurbanov və müşahidəçi qismində Vətəndaş Cəmiyyətinin nümayəndəsi, "Yeni Həyat" Sosial və Humanitar dayaq ictimai birliyinin rəhbəri Nailə xanım İsmayılova iştirak etmişlər. Onlar vətəndaşların məmnunluğu üçün tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində görüləcək işlərin davam ediləcəyini bildiriblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov öz növbəsində Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri haqqında məlumat vermişdir.

Sonda Füzuli Rayon Mərkəzi Xəstəxanasına yeni təhkim olunan Fizoterapevt/Kayropraktik Uzmanı Dr. Vüqar Aslanlı Füzulidə yaşayan hemofiliyalı pasiyentlerlə tanış olaraq onları müayinə edib.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Fizioterapiya #Hemofiliya #Koaqulopatiya #Reabilitasiya #Füzulu #Karabakh 

 

 

 

 

 

 


 

Alt şəkillər

1682330302810848-800x500.jpg
1682330302823443-800x500.jpg
1682330302815843-800x500.jpg
1682330302831455-800x500.jpg
1682330302805288-800x500.jpg
168233030283163-800x500.jpg
1682330302832783-800x500.jpg
1682330302832359-800x500.jpg
1682330302833274-800x500.jpg
1682330302832812-800x500.jpg
1682330302832935-800x500.jpg
1682330302832439-800x500.jpg