Dünya Hemofiliya Gününə həsr edilmiş Muğam Axşamı təşkil edildi

Dünya Hemofiliya Gününə həsr edilmiş Muğam Axşamı təşkil edildi

Dünya Hemofiliya Günü dünyanın 147 ölkəsində müxtəlif formatlarda qeyd edilir. Məqsəd, müxtəlif qanın laxtalanma pozğunluqlarına ictimayyətin, həkimlərin və dövlət qurumlarının diqqətinin cəlb edilməsidir.

Azərbaycanda, bütün dünyada olduğu kimi, hər il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən bu gün müxtəlif tədbirlər çərçivəsində qeyd olunur.

09 aprel 2024-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Mirzə Ələkbər Sabir Fondu, Beynəlxalq Muğam Mərkəzi ilə bərabər dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil etdi.

Mədəni tədbirin rəsmi hissəsində QHT.AZ saytının baş redaktoru Cəsarət Hüseynzadənin moderatorluğu ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermişlər.

Daha sonra dövlət səhiyyə qurumlarının məsul şəxsləri və millət vəkili çıxış etmişlər.

Tədbirin mədəni hissəsində dəyərli muğam sənətkarları öz ifaları ilə tamaşaçılara zövq vermişlər.

Tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovu nümunəvi fəaliyyətinə və göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif etdi.

Qeyd edək ki, tədbirdə 450-dən çox qonaq iştirak etdilər.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Hemofiliya #PTİ #HemofiliyaAzərbaycan

Alt şəkillər

1714503520703660-800x500.jpg
1714503520708181-800x500.jpg
1714503520715840-800x500.jpg
1714503520721742-800x500.jpg
171450352072556-800x500.jpg
1714503520724133-800x500.jpg
1714503520725960-800x500.jpg
1714503520726655-800x500.jpg
171450352072610-800x500.jpg
1714503520727719-800x500.jpg
1714503520727289-800x500.jpg
1714503520727990-800x500.jpg
1714503520727779-800x500.jpg
1714503520728195-800x500.jpg
1714503520728125-800x500.jpg
1714503520728406-800x500.jpg
1714503520749363-800x500.jpg