21.11.2023-cü il tarixində TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Yeni Klinika Tibb Mərkəzində DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATLARIN 3-cü nəşrinin təqdimatı olmuşdur. Qeyd edək ki, nəşr Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Dünya Hemofiliya Federasiyası tərəfindən rəsmi icazə almış və aparıcı mütəxəssislərlə birgə tərcümə və redaktə edilmişdir.
Təqdimat zamanı "Hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müasir müalicəsi" nə dair seminar keçirilmişdir.
Seminarda Bakı şəhərindən və regionlardan hematoloqlar, terapevtlər, təcili yardım həkimləri və digər ixtisaslı həkimlər qatılmışdır.
Seminar TƏBİB-in məsul əməkdaşı Romella Osmanovanın aparıcılığı ilə başlamışdır və açılışında Yeni Klinika Tibb Mərkəzinin direktoru Dr. Barat Yusubov təqdim edilən Hemofiliyanın müasir müalicəyə dair yeni nəşrin vacibliyini qeyd edərək, seminarın gedişatına uğurlar arzu etdi.
Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2023-cü il ərzində Assosiasiyanın dövlət səhiyyə qurumları ilə birgə fəaliyyətindən və əldə edilən nəticələr barədə ətraflı məlumat verdi.
Yeni klinikanın hematoloqu Dr. Sevil Cəlilova 12 Fəsildən ibarət DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATLARININ 3-cü nəşri haqqında həkimlərə ətraflı məlumat vermişdir.
Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Mina Adıgözəlova Hemofiliyanın simptomatikası və müalicəsi haqqında çıxış etmişdir.
Seminarin sonunda həkimlər tərəfindən TƏBİB-in məsul əməkdaşı Romella Osmanovaya, Ayaz Hüseynova, Sevil Cəlilovaya və Mina Adıgözəlovaya suallar ünvanlanaraq cavablandırılmışdır.
Qeyd edilmişdir ki, İcbari Tibbi Sığortanın xidmətlər zərfinə əlavələr edilmişdir və vətəndaşlara olan tibbi xidmət ildən ilə təkmilləşdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Hemofiliya #Koaqulopatiya #TƏBİB #İTS