Ayaz Hüseynov 2-ci Hematoloji Konqresin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi

Ayaz Hüseynov 2-ci Hematoloji Konqresin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov:

Bu gün 2-ci AZƏRBAYCAN BEYNƏLXALQ HEMATOLOGİYA MÜTƏXƏSSİSLƏRİ KONGRESİ başa çatdı. 3 günlük konqresdə müxtəlif hematoloji xəstəliklərin müassir müalicəsi və profilaktikası haqqında elmi çıxışlar edildi.

Kongresin səviyyəsinə gəldikdə isə 3 günlük tədbir yüksək səviyyədə təşkil edilmişdir. Cox saylı savadlı və təkmilləşmiş həkimlər yetişdirdiyinə görə Konqresin sədri Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru hörmətli Valeh müəllim Hüseynova təşəkkürümü bildirirəm. Konqresdə həmdə həkimlərimizin çıxışları tam beynəlxalq səviyyəyə uyğun olmuşdur.

Əminəm ki, konqresdə iştirak edən həkimlərin əldə etdiyi biliklər pasientlərin müalicəsində mütləq müsbət rol oynayacaq.

Qeyd etmək istərdim ki, bu səviyyədə olan konqreslərin, konfransların davamlı keçirilməsi olduqca Azərbaycan səhiyyəsi üçün vacibdir.

Təşkilat komitəsinin bütün heyətinə təşəkkür edirəm və uğurlar arzu edirəm!

Sonda isə Hematoloji pasientlərin müalicəsində gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirirəm, hörmətli Valeh müəllim. Hər şeyə görə təşəkkür edirik!

#Səhiyyə #Sağlamlıq #Pasient #MHTM #Hemofiliya #Koaqulopatiya #QanınLaxtalanmaPozğunluğu #HemofiliyaAzərbaycan #Hemophilia #Azərbaijan #Azərbaycan #MilliHematologiya

Alt şəkillər

1668871618729200-800x500.jpg
1668871618733470-800x500.jpg
166887161874575-800x500.jpg