2022-2024-cü illər ərzində tibbi yardımın kompleks yanaşılmasına dair hesabat konfransı keçirildi

2022-2024-cü illər ərzində tibbi yardımın kompleks yanaşılmasına dair hesabat konfransı keçirildi

17 dekabr 2024-cü il tarixində TƏBİB-in və Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı və Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə 2022-2024-cü illər ərzində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşılmasına dair hesabat konfransı keçirildi.

Konfransda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 3 il ərzində görülən mühüm işləri təqdim etdi.

Görülən işlərdən 5 Rayon Mərkəzi Xəstəxanalarda fizioterapiya və reabilitasiya kabinetlərinin təchizatlandırılması, Bakı Şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzində və Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların ağız boşluğunun keyfiyyətli müəlicəsi üçün stomatomatoloji kabinetlərin yaradılması və müasir avadanlıqla təchizatı, 3 il ərzində konfranslar və seminarlar nəticəsində 1200-dən çox tibb işçisinin və 600-dən çox pasiyent və onların ailə üzvlər təlim keçmişdir.

Bundan başqa Assosiasiya tərəfindən Dünya Hemofiliya Federasiyasının Hemofiliyanın müasir müalicəsinə dair 3-cü ən son təlimat kitabı tərcümə edilərək tibb müəsisələrinə və dövlət səhiyyə qurimlarına təqdim olunmuşdur.

Konfransda TƏBİB-in icraçı direktorunun müşaviri Dr. Pərvin Əkbərov bu sahədə TƏBİB tərəfindən görülən işlər və gələcək perspektivlər barəsində ətraflı məlumat vermişdir.
Millət vəkili Pərvanə Vəliyeva görülən işləri yüksək qiymətlədirərək Hemofiliyaya dair Azərbaycan Respublikası Qanunvericiliyinə yenidən baxılması və təkmilləşməsinə ehtiyac olduğunu bildirdi.
Milli Qeri Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli öz çıxışında İxtisaslaşmış təşkilatların dövlət qurumları ilə birgə əməkdaşlığının vacibliyi və töhfələri barədə ətraflı məlumat verdi.
Respublika Klinik Xəstəxanasının Baş Həkimi Dr. Sahib Hüseynov hemofiliyalı vətəndaşıların müalicə aldığı Respublika Kliniki Xəstəxananın Hematalogiya şöbəsinin imkanlarından və xəstəxananın keçən il təkmilləşdirilmiş labaratoriyası barədə məlumat verdi.
İnformasiya Təşəbbüslərinə Sosial Dəstək İctimai Birliyinin sədri, jurnalist Cəsarət Hüseynzadə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının illər ərzində qanın laxtalnma pozğunluğu sahəsində gördüyü işləri yüksək qiymətləndirdi və səhiyyənin inkişafında əvəzsiz rolu olduğunu bildirdi.


#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Hematalogiya #Fizioterapiya #Stomatologiya #HemofiliyaAzərbaycan

Alt şəkillər

1734638847927835-800x500.jpg
1734638847928986-800x500.jpg
1734638847922672-800x500.jpg
1734638847929132-800x500.jpg
1734638847940171-800x500.jpg
1734638847939636-800x500.jpg
1734638847941986-800x500.jpg
1734638847940419-800x500.jpg
1734638847940317-800x500.jpg
1734638847941274-800x500.jpg
1734638847941610-800x500.jpg
1734638847941209-800x500.jpg
1734638847941273-800x500.jpg
1734638847941639-800x500.jpg
1734638847941775-800x500.jpg
173463884794224-800x500.jpg
1734638847942890-800x500.jpg
173463884794253-800x500.jpg
1734638847942637-800x500.jpg
1734638847942686-800x500.jpg
1734638847942115-800x500.jpg
1734638847943804-800x500.jpg
1734638847943645-800x500.jpg
1734638847943883-800x500.jpg