Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

29.07.2024-cü il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

Seminarda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Ağabala Kəlbiyev hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Abşeron Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Dr. Aynur Nəsibzadə " Pediatriyada hemofiliya xəstəliyi", Yeni Klinika Tibb Mərkəzinin laboratoriya şöbəsinin müdiri Dr. Nigar Əfəndiyeva "Hemofiliya və digər koaqulopatiyalara laborator yanaşma" mövzularında çıxış ediblər, Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimi Dr. Məhluqə Talıbova “Hemofiliyalı xəstələrə yanaşma” Lənkaran Rayon Qan Bakının rəhbəri Dr. İlkin Əsədullayev “Hemofiliyalı xəstələrə ilkin yardım” mövzularında çıxış etdilər.

Daha sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi və Stomatologiya kabinetləri ilə tanışlıq olub. Laxtalanma pozğunluğu olan pasiyentlərin fizioterapevtik və stomatoloji müalicələrinin təşkilində tövsiyələri dinlənilib.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #TƏBİB 

Alt şəkillər

1724179816122418-800x500.jpg
1724179816126575-800x500.jpg
1724179816133186-800x500.jpg
1724179816117522-800x500.jpg
1724179816134580-800x500.jpg
172417981613427-800x500.jpg
1724179816134128-800x500.jpg
1724179816135540-800x500.jpg
1724179816135397-800x500.jpg
1724179816135686-800x500.jpg
1724179816135495-800x500.jpg
1724179816135400-800x500.jpg
1724179816136986-800x500.jpg
1724179816136666-800x500.jpg
1724179816136698-800x500.jpg