XXI-ci əsrin birinci yarısının səhiyyəsi hemofiliyalı insanların tam sağlam olmasını vəd edir.

Milli Hematologiya və Trasfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə hemofiliyanın müasir müalicəsinə dair seminarların təşkili davam edir.

13 noyabr 2021-ci il tarixdə saat 16:00-da zoom vasitəsi ilə növbəti seminar təşkil ediləcəkdir. Seminarın məruzəçisi Litva Hemofiliya Assosiasiyasının idarə heyətinin üzvü Ramunas Tiskevicius olacaqdır. Qeyd edək ki, Ramunas hemofiliyanın ağır inhibitor formasından əziyyət çəkir. Ramunas hazırda müasir üsulla müalicə alır və profilaktikadadır. Seminarda həkimləri və pasientləri maraqlandıran məhs müasir müalicəyə dair sual-cavab və müzakirələr olacaq. Bundan başqa müasir müalicənin tətbiqi zamanı həyat keyfiiyyətinin nə dərəcədə dəyişdiyinin şahidi olacağıq.

Qeyd edək ki, Azərbaycanda 1700-dən çox hemofiliyalı pasient qeydiyyatdadır. Onlardan 36 pasient inhibitorlu xəstədir.