TƏBİB-in dəstəyi ilə regionlarda hemofiliyanın multidisiplinar müalicəsinə dair seminarlar davam edir.

Hər il olduğu kimi bu il də TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliyanın multidisiplinar müalicəsinə dair regionlarda seminarlar davam edir.

05 sentyabr 2025-ci il tarixində, Sumqayıt Tibb Mərkəzində müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək.

Hemofiliyanın multidisiplinar müalicəsinə dair elmi seminara dəvət olunan doktorlara 4 kredit balı veriləcək!

Məqsədimiz hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müalicəsində həkimlər arasında təcrübə mübadiləsini gücləndirmək, pasiyentləri maarifləndirmək və regionlarda müalicənin keyfiyyətini artırmaqdır.

 

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Koaqulopatiya #MultidisiplinarYanaşma #TƏBİB #HemofiliyaAzərbaycan