Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Azərbaycanda fizioterapiya xidmətinin yaxşılaşdirilmasına dair Layihə çərcivəsində Şirvan, Gəncə şəhərlərində təlimlərə start verilmişdir.


Layihənin rəhbəri – Gülnarə Hüseynova.

18 May 2018 il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxananın həkim kollektivi hemofiliyanın yaratdığı fəsadlar və müalicə metodları haqqında, hemofiliya xəstələrdə əlilliyin qarşısının alınmasına dair fizioterapevtik tədbirlər haqqında seminarda iştirak etdilər. 
Seminar nəzəri və praktiki xarakter daşıyır. Nəzəri təqdimatı Azərbaycan Dövlət həkimləri Təkmilləşmə İnstitutunun Hematologiya kafedrasının alimi, Elmi – Praktik Hemofiliya Mərkəzinin rəhbəri Dr. Elmira Qədimova aparmışdır. Praktiki təqdimatı isə Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova Layihə çərçivəsində Fizioterapiya kabinetinə yeni alınmış avadalıqların müalicəvi funksiyası haqqında kabinetə yeni təhkim edilmiş fizioterpevtlərə təlim keçmişdir.