5 sentyabr 2018-ci il tarixdə Novo Nordisk Hemofiliya Fondunun nümayəndələri Mrs. Denise Braendgaard və Mr. Shady Sedhom, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbərliyi və QHT.AZ saytının müxbiri ilə birgə Şirvan şəhər Mərkəzi Xəstəxanaya yollandılar. Layihə çərçivəsində Şirvan səhər Mərkəzi Xəstəxananın nəzdində Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı vətəndaşlar üçün regional Fizioterapiya kabineti yaradılmışdır və bu sahədə tibbi kadrlar hazırlanmışdır. Kabinet müasir avadanlıqla təchiz olunmasına baxmayaraq, xəstələrin buraya intensiv müraciəti müşahidə edilməmişdir. Buda mütəxəssislər tərəfindən qanın laxtalndırıcı faktor konsentralarının az miqdarda olması ilə əlaqələndirildi.
Regionda olan hemofiliya sahəsində problemlər haqqında müzakirələrdə baş həkimin müavini Dr. Səadət Quliyeva, Dr. Təranə Cəlilova, Dr. Vüsalə Qafarzadə , Dr. Əli Qasımov iştirak etmişlər.





