5 sentyabr 2018-ci il tarixdə Mrs. Denise Braendgaard və Mr. Shady Sedhom və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili söbəsinin müdir müavini Nabil Seyidovla görüş keçirildi. Görüşdə, bu sahədə regionlarda tibbi kadrların təkmilləşməsi, hemofiliyalı xəstələrin dərman preparatları – faktor konsentratları ilə təchizatı, fizioterapiya xidmətinin yaxşılaşmasına dair müzakirələr aparıldı. Nazirliyin nümayəndəsi tərəfindən qeyd edildi ki, son vaxtlar faktor konsentratlarının çatışmazlığı tələbatın çoxalması ilə əlaqədardır. Cərrahi əməliyyatlar , profilaktik müalicə üçün sərf olunan factor konsentratlarının azalmasına səbəb olmuşdur. Bu ilin təcrübəsinə əsaslanaraq, 2019 – cu ildə tələbatlar nəzərə alınacaq və xəstələrin həyat keyfiyyətinin yaxşılaşması üçün faktor konsentratlarının artırılması nəzərdə tutulmuşdur. Habelə, 2019-cu ildə elektron reseptlərlə dərman buraxılacaq və regionlarda yaşayan xəstələr dərman preparatlarını almaq üçün Regional Hemofiliya Mərkəzlərinə müraciət edə biləcəklər. Azərbaycan Respublikası Hemofiliya üzrə Dövlət Tədbirlər Planı çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşması factor konsentratlarının yetərincə olmasından asılı olduğu vurğulanmışdır. Xəstələrin elektron reyestri Səhiyyə Nazirliyi tərəfindən dəqiqləşdirməklə, qanın laxtalanma Faktor konsentratları – dərman preparatlarının həcmi müəyyənləşdiriləcəyi bildirilmşdir.
Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili söbəsinin müdir müavini ilə görüş keçirildi

Bu ilin təcrübəsinə əsaslanaraq, 2019 – cu ildə tələbatlar nəzərə alınacaq və xəstələrin həyat keyfiyyətinin yaxşılaşması üçün faktor konsentratlarının artırılması nəzərdə tutulmuşdur.
Bütün bölmə
Oxşar məqalələr
998 baxış
Tibb bacısı işinin təşkili adlı layihənin yekun konfransı keçirildi
Ayaz Huseynov, HHPA TABIB hemofiliya səhiyyə
936 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
2164 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
1038 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…




