Salyan Rayon Mərkəzi Xəstəxanasının, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

Seminarın açılışında Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Şirinxanım Səmədova vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib. Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Abşeron Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Dr. Aynur Nəsibzadə " Pediatriyada hemofiliya xəstəliyi", Tibbi Reabilitasiya Mərkəzinin direktor müavini, baş həkim. Dr. Gülay Qurbanzadə "Hemofiliyalı xəstələrin reabilitasiyası", Salyan Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin həkimi Dr. Sevinc Dadaşova və terapiya şöbəsinin həkimi Dr. Ağabəyova gültəkin hemofiliya xəstəliyinə hemofiliya xəstsəliyindən əziyyət çəkə pasiyetlərinin statistikası və müalicədə mövcud çətinliklər mövzusunda çıxış etmişlər.

Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya, Stomatologiya və Dializ şöbələri ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan Pasiyentlərin Fizioterapevtik və Stomatoloji müalicələrinin təşkilinə şəraitin olduğu bildirilib.

TƏBİB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Salyan Rayon Mərkəzi Xəstəxanası

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya