6 sentyabr 2018-ci il tarixdə Novo Nordisk Hemofiliya Fondunun nümayəndələri Respublika Kliniki Xəstəxanasının fizioterapiya şöbəsində təchiz edilmiş avadanlıqlarla tanış olmuşlar. Avadanlıqlar vasitəsi ilə aparılan fizioterapevtik mülicə hemofiliyalı xəstələr üçün faydaLı olduğu bildirildi. Hematologiya şöbəsində keçirilən toplantıda aparıcı mütəxəssislər  Dr. Yeganə Əzizova, Dr. Vüqar Şirzadov və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri Gülnarə Hüseynova, Vüqar Tarverdiyev və Ayaz Hüseynovla hazırdakı vəziyyət müzakirə edildi və gələcək pespektivlər və planlar müəyyən edildi.