Regionda yaşayan hemofiliyalı vətəndaşlar faktof preparatlarını yerlərdə paylanmasını istəyirlər!
11 oktyabr 2019 il tarixdə Azərbaycanda yaşayan hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşması, onların keyfiyyətli müalicəsi üçün və dərmanlara əlçatarlığının təmin edilməsi üçün Şirvan, Salyan, Beyləqan, İmişli, Ağcabədi, Kürdəmir, Hacıqabul, Sabirabad rayonlarında yaşayan hemofiliyalı vətəndaşlarla Şirvan şəhər Mərkəzi Xəstəxanaşında görüş keçirilmişdir.
Hemofiliyalı vətəndaşlara sosial və tibbi-profilaktik xidmətin Azərbaycan Respublikası “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu” və “Hemofiliya irsi qan xəstəliyi üzrə Dövlət Tədbirlər Proqramı” haqqında məlumat verilmişdir.
Pasientlərlə dəyirmi masa zamanı mövcud olan problemlər müzakirə edilmişdir. Hemofiliyalı pasientlərin əsas istəyi faktor konsentratları dərman preparatlarının əlçatarlığının təmin edilməsi, yerlərdə paylanmasıdır.





