15.10.2025-ci il
Quba Rayon Mərkəzi Xəstəxanasında, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Assosiasiyası ilə birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.
Seminarın açılışında Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Dr. Hikmət Fərəməzov keçirilən seminarın region üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək seminarın gedişatına uğurlar arzu etdi.
Daha sonra Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.
Seminarda Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu Dr. Asya İsmayıl-zadə “Hemofiliyanın multidisiplinar müalicə modeli”, Respublika Klinik Xəstəxanasının Qan bankının müdiri, həkim hematoloq Dr. Şəbnəm Vəliyeva, “Hemofiliyanın müasir müalicəsi”, Yeni Klinika Tibb Müəsisəsinin hematalogiya və sümük iliyi nəqli mərkəzi, sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova, " İdiopatik trombositopenik purpuraya müasir yanaşma və beynəlxalq rəhbərliklərdə müalicə " Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi, fizioterapevt Dr. Gülay Qurbanzadə “Hemofiliyanın müalicəsində fizioterapiyanın rolu” və Sumqayıt Hospital Xəstəxanasının baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.
Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.
Daha sonra 27.12.2024-cü ildə Hemofiliyalı Xəstələrin Assosiasiyası tərəfindən fizioterapiya avadanlıqları ilə təchizatlanmış və TƏBİB-lə bərabər açılışı baş tutmuş Quba Rayon Mərkəzi Xəstəxananın fizioterapiya bölməsinə həkimlərlə bərabər baxış keçirildi. Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Gülay Qurbanzadə tərəfindən fizioterapiya bölməsinin şəraiti yüksək qiymətləndirildi və həkimlər arasında təcrübə mübadiləsi aparıldı.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Koaqulopatiya #Hematologiya
Quba Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Gülay Qurbanzadə tərəfindən fizioterapiya bölməsinin şəraiti yüksək qiymətləndirildi və həkimlər arasında təcrübə mübadiləsi aparıldı
Alt şəkillər
Oxşar məqalələr
256 baxış
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır: Regionlarda elmi seminarlara start verilir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları…
511 baxış
South NGO Platform Pavilyonunda, WUF13 sessiyası çərçivəsində Assosiasiya tərəfindən tədbir keçirilmişdir.
20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyonunda, BMT-nin Ümumdünya…
392 baxış
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən WUF 13 çərçivəsində tədbir keçirilmişdir
(World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası…
525 baxış
WUF 13 çərçivəsində qanın laxtalanma pozuntusunun idarə edilməsinə dair tədbir keçiriləcək
Dünya miqyaslı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində,…




