22 noyabr 2021-ci il tarixdə “PsyCare” Peşəkar Psixoloji Xidmətlər Mərkəzi və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında Memarandum imzalandı.

Memaranduma əsasən qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara təmənnasız olaraq psixoloq xidmətləri göstəriləcək.”PsyCare” Peşəkar Psixoloji Xidmətlər Mərkəzində uşaqlar: Art terapiya elementləri ilə (izoterapiya, gil və qum terapiyası, oyun terapiyası və nağıl terapiyası) qrup terapiyalarından faydalanacaqlar. Müxtəlif istiqəmətdə inkişaf edici psixoloji təlimlər ( bacarıqların inkişafı, şəxsi inkişaf, idrak proseslərin inkişafı) keçiriləcək. Bununla bərabər relax edici təlimlər və valideynlər ilə maarifləndirici təlimlər keçiriləcəkdir.

Məqsədimiz, uşaqlarımızın özünə inamın artırılması, fiziki həmdə psixoloji cəhətdən sağlam böyümələridir.

Memarandumu “PsyCare” Peşəkar Psixoloji Xidmətlər Mərkəzinin direktoru Təhminə Rüstəmova və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov imzaladılar.