20 - 22 may 2022-ci il tarixində İsveçrənin Bazel şəhərində Qadın və qızlarda Qanın Laxtalanma Pozğunluğuna dair Avropa Hemofiliya Konsorsiumunun Beynəlxalq Konfransı keçirildi.

Konfransda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndəsi , qadınlarla iş üzrə koordinator Mədinə Hüseynova iştirak etmişdir.

Konfransa Avropa ölkələrindən 100-ə yaxın iştirakçı qatılaraq vacib problemlər müzakirə edilmişdir.

Üç günlük konfransda əsas mövzulardan qanaxma pozğunluğu ilə olan qadınların həyat keyfiyyətinin yaxşılaşdırılması, pasientlər haqda məlumatların toplanması, stomatoloji müdaxilə haqqında mühazirələr və sessiyalar keçirilmişdir.

#Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #QanınLaxtalanmaPozğunluğu #Hemofiliya