Novruz bayramı ərəfəsində Pasient Təşkilatları İttifaqının üzv təşkilat olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Leykemiya ilə Mübarizə İctimai Birliyinin kiçik üzvlərinin yazdıqları kitab ışıq üzü görmüşdür.

Layihə çərçivəsində “PAŞA Holdinq”in və “CARE GROUP” Psixoloji Dəstək Mərkəzinin dəstəyi ilə 50 nəfər azyaşlı uşaqlar layihədə fəal iştirak etmişlər.

“CARE GROUP” Psixoloji Dəstək Mərkəzinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin və aparıcı psixoloq Təhminə Rüstəmovanın dəstəyi ilə hemofiliyalı və leykemiyalı uşaqlar üçün dünya praktikasına əsaslanaraq “Art Terapiya” üsulu ilə psixoloji təlimlər keçirildi.
Layihə çərçivəsində psixoloji durumu yaxşılaşdırmaq və qorxu hissini aradan qaldırmaq üçün hemofiliyalı və leykemiyalı uşaqlarla xüsusi təlimlər keçirilmişdir.

“CARE GROUP” Psixoloji Dəstək Mərkəzinin keçirdiyi xüsusi təlimlər nəticəsində uşaqlarla “Nağıl Terapiyası”, “Art Terapiya və Koqnitiv Davranış Terapiyası” aparıldı.
Karantin şərtlərinə əməl edərək təlimlər kiçik qruplar şəklində aparılmışdır. Bundan başqa regionlarda (Gəncə, Ağstafa, İmişli, Füzuli, Cəlilabad, Sumqayıt və digər) yaşayan uşaqlar təlimlərə Zoom platforması üzərindən qatılmışlar.
Təlimlərin ilk mərhələsinin sonunda uşaqlara öz xəyallarında əks olunan nağıllar yazmağı təklif olunmuşdur. Bunun nəticəsində gözlənilməz olaraq, çox sayda istedadlı uşaqlar və maraqlı nağıllar ərsəyə gəlmişdir.

Uşaqların yazdıqları nağıllar “CARE GROUP” Psixoloji Dəstək Mərkəzi tərəfindən çap edilmiş və nağılları yazan uşaqlara və kitab mərkəzlərinə təmənnasız olaraq verildi.

 


Uşaqları növbəti maraqlı təlim mərhələlərinə həvəsləndirmək üçün hazırki təhsil prosesində çox lazım olan elektron planşetlər hədiyyə edilmişdir.

Uşaqlarımızın xoşbəxt gələcəyi üçün faydalı layihələri reallaşdırdıqlarına görə Pasient Təşkilatları İttifaqı olaraq “CARE GROUP” Psixoloji Dəstək Mərkəzinə böyük təşəkkürümüzü bildiririk və gələcəkdə uzun müddətli proqramlarda əməkdaşlıq etməyimizə ümid edirik.

#Səhiyyə #Sağlamlıq #Pasient #PTİ #Hemofiliya #Leykemiya #CareGroup #PasientTəşkilatlarıİttifaqı