27 may 2022-ci il tarixdə Pasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasient Təşkilatlarının II Respublika Forumu keçiriləcək.

Məqsəd Pasient Təşkilatlarının (ictimai birliklər) fəaliyyətləri, gələcəyə planlar və mövcud çətinliklər haqda ictimaiyyətə, dövlət qurumlarına və mediaya çatdırılması və aidiyyəti dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlığın təmin olunmasıdır.

Qeyd edək ki, Pasient Təşkilatlarının II Respublika Forumunda qeyri-infeksion, qeyri-infeksion irsi o cümlədən nadir və infeksion xəstəliklərə dair çıxışlar yer alacaq.