Müxtəlif xəstəliklərə düçar olmuş vətəndaşların maraqlarını müdafiə edən Pasient təşkilatlarını özündə birləşdirən Pasient Təşkilatları İttifaqı 2021-ci ildən etibarən Pasient Təşkilatlarının Respublika Forumunu keçirir.

Məqsədimiz, dövlət, səhiyyə və digər aidiyyəti qurumların rəhbərlərinə öz fəaliyyətləri, gələcəyə planlar və mövcud çətinliklər barədə məlumatlar verməklə Forumun paltformasında çıxış etməkdir.

Forum müxtəlif xəstəliklərin müalicəsinin keyfiyyətinin artırılmasına və ixtisaslaşmış vətəndaş cəmiyyəti ilə dövlət səhiyyə qurumlarının birgə əməkdaşlığına və qısa müddətdə mövcud çətinliklərin aradan qaldırılmasına yönəlmişdir.

Bu il ölkəmizdə səhiyyənin inkişafına yönəlmiş görülən işləri nəzərə alıb, Pasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən Pasient Təşkilatları ictimai birliklər 27 may 2022 il tarixdə Bakı şəhəri, Fairmont Baku, Flame Towers Otelində Pasient Təşkilatlarının II Republika Forumu keçirəcək.