Pasient Təşkilatları İttifaqı 28 Fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş Mətbuat Konfransı keçirəcək.

Mətbuat Konrfansında nadir xəstəliklər ilə çalışan pasient təşkilatları və aidiyyəti həkimlər KİV qarşısında çıxış edəcək. Mətbuat Konfransında nadir xəstəliklər kateqoriyasında olan müxtəlif qanın laxtalanma pozğunluqları, kistoz fibroz, spinal muskulyar atrofiya, kəpənək xəstəliyi, ilkin immun çatışmazlığı, qoşe xəstəliyi və digər nadir xəstəliklərin statistikası, müalicəsi, dövlət qayğısı və mövcud çətinliklər barədə məlumatlar vəriləcəkdir.

Mətbuat Konfransı 28 fevral 2022-ci il tarixində
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində saat 11:00-da keçiriləcəkdir.