Hazırda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən yaradılan müasir stomatoloji kabinetdə irsi qan xəstəliklərdən əziyyət çəkən vətəndaşların müayinə və müalicəsinə start verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə və Naxçıvan Mərkəzi Xəstəxanasının rəhbərliyinə pasientlərə göstərdikləri diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, 15 aprel 2022-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Naxçıvan Mərkəzi Xəstəxanasının nəzdində hemofiliya və digər qanın laxtalanma pozğunluğu ilə olan pasiyentlərə xüsusi qayğı üçün müasir avadanlıqlarla stomatoloji kabinet yaratmışdır.
Məqsədimiz, pasientlərin müalicəsini əlçatan və keyfiyyətli etməkdir.





