3-6 sentyabr 2018-cil Il tarixdə Novo Nordisk Haemophilia Foundation rəhbərləri Mrs. Denise Braendgaard və Mr. Shady Sedhom “Azərbaycanda fizioterapiya xidmətinin yaxsılaşdırılması və Naxçıvan Muxtar Respublikasında Hemofiliya Mərkəzinin yaradılması” layihəsinin monitorinqinin kecirilməsi üçün Azərbaycana səyahət etdilər.

Monitorinq çərçivəsində 4 sentyabr 2018-ci tarixdə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasının Hematologiya və Fizioterapiya şöbələrinə baxış keçirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı nəticəsində səhiyyə sistemində həyata keçirilən islahatlar əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin yüksək texniki baza ilə istifadəyə verilməsinə müşahidəçilər şahidi olmuşlar.


Mərkəzi Xəstəxananın, həkim ambulatoriyalarının müasir tibbi avadanlıqlarla təchiz edilməsi, hemofiliyalı xəstə vətəndaşlarımızın sağlamlığının qorunması işində əsaslı dönüş yaradılıb. Fizioterapiya şöbəsində olan yüksək keyfiyyətli avadanlıqlar, kadr potensialı Azərbaycanda fəaliyyət göstərən digər xəstəxanalar üçün bir nümünədir.
Hemofiliyalı xəstələr keyfiyyətli dərman preparatlarla təchiz edilir. Buda hemofiliyalı vətəndaşalarımızın həyat keyfiyyətini yaxşılaşdırır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri cənab Niyazi Novruzovla görüş zamanı bildirilmişdir ki, Naxçıvanda 72 nəfər vətəndaşımız hemofiliya xəstəliyindən əziyyət çəkir və onlara tibbi xidmətin keyfiyyətinin dahada yaxşılaşdırılması üçün yeni kadrların hazırlığı və Xəstəxana nəzdində Hemofiliya Mərkəzinin yaradılması məqsədə uyğun olduğunu vurğulamışdır.