Bakıdan gələn mütəxəssislər tərəfindən  Naxçıvan Respublika Xəstəxanasında   yaradılan tibbi xidmətin səviyyəsini alqışla qarşılandı.

Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının reallaşdırdığı Azərbaycanda hemofiliyalı xəstələrə fizioterapiya xidmətinin yaxşılaşdırılması və Naxçıvan MR -da Hemofiliya Mərkəzinin yaradılması layihəsi çərçəvəsində iyul ayının 12-13 – ü 2019 il tarixində Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqu Dr. İran Abed Kuhi, həkim laborant Dr. Esmiralda Əsgərova və Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının həkim fizioterapevti Dr. Gülşən Müzəffərova Naxçıvan MR-na ezamiyyə olunmuşdurlar.

İyulun 12-si Naxçıvan Respublika Xəstəxanasının baş həkimi Dr. Zəbur Bağırovla görüş zamanı bildirilmişdir ki, Naxçıvan MR Səhiyyə naziri cənab Niyazi Novruzovun göstərişi ilə hemofiliyalı vətəndaşlara xüsusi qayğı üçün hematologiya şöbəsinə gənc kadrlar təhkim olmuşdur. Bunlardan həkim hematoloq Dr. Nərmin Hüseynova və tibb bacısı Aytən Cəfərovadır.

Gələcək planları müzakirə etdikdən sonra Bakıdan gələn həkim briqadası xəstəxana ilə tanış oldu. Burada müasir avadanlıqlarla təchiz edilmiş hematologiya, fizioterapiya, reanimasiya şöbələri, laboratoriya, Qan Bankının aparıcı mütəxəssisl Dr. Məmmədəli Həsənov ilə təcrübə mübadiləsi aparıldı.

Naxçıvan Respublika Xəstəxanasının fizioterapiya şöbəsi dövlət terefindən müasir avadanlıqla təchiz edildiynə və gözəl şəraiti olduğuna baxmayaraq layihə çərçivəsidə xüsusi hemofiliyalı xəstələr üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən çoxfunksiyalı fizioterapevtik avadanlıq verildi.

Qeyd edək ki, Naxçıvanda yeni Hemofiliya Mərkəzinin yaradılması və Gəncə , Şirvan şhərlərində yeni fizioterapiya mərkəzlərinin əsasının qoyulması hemofiliyalı pasientlərə kömək və fizioterapiya xidmətinin yaxşılaşdırılması məqsədilə Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosoasiyasının 2018-ci ildən həyata keçirdiyi layihədir.

13 iyul 2019 -cu il tarixində Naxçıvan Respublika Xəstəxanasının hematologiya şöbəsində hemofiliyalı xəstə vətəndaşlarla görüş keçirildi. Görüşdə əsasən Naxçıvan MR -nın Babək rayonunun Vayxır kəndindən, eləcədə Kəngərli rayonu Qıvraq kəndi, Şərur rayonunun Dan Yeri kəndindən, Naxçıvanın özündən və sair pasientlar iştirak etmişdir. Görüş zamanı xəstələrin xahişi dərman preparatları qanı laxtalandıran faktor konsentratının kifayət qədər olması üçün artırılmasından ibarət oldu. Bakıdan gələn həkimlər Naxçıvan Respublika Xəstəxanasının hematologiya şöbəsiin müdiri Dr. Xalidə Bağırova ilə birlikdə xəstələri konsultasiya etdilər və tibbi məsləhətlər verdilər. Xatırladaq ki, hemofiliya qanaxma ilə müşahidə olan ağır irsi qan xəstəliyidir. Xəstəliyin ağırlaşmaları oynaq daxili qanaxmalardan əlilliklə nəticələnir. Fəsadların və əlilliyin qarşısının alınması yalnız faktor konsentratları dərman preparatlarının yetərincə olmasından asılıdır.