16.03.2023-cü il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.
Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Kabinetlərin açılışından sonra Lənkəran və ətraf rayonlardan olan həkimlər üçün elmi seminar keçirilib.
Seminarda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev çıxış edib. Onlar vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxışında Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.
Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə, Respublika Klinik Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova və Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova praktik təqdimatlarla çıxış ediblər.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Fizioterapiya #TƏBİB #İTS #Hemophiliya #NovoNordiskHaemophiliaFoundation #HemofiliyaAzərbaycan #Azerbaijan #Azərbaycan
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Alt şəkillər
Oxşar məqalələr
258 baxış
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır: Regionlarda elmi seminarlara start verilir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları…
513 baxış
South NGO Platform Pavilyonunda, WUF13 sessiyası çərçivəsində Assosiasiya tərəfindən tədbir keçirilmişdir.
20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyonunda, BMT-nin Ümumdünya…
394 baxış
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən WUF 13 çərçivəsində tədbir keçirilmişdir
(World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası…
527 baxış
WUF 13 çərçivəsində qanın laxtalanma pozuntusunun idarə edilməsinə dair tədbir keçiriləcək
Dünya miqyaslı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində,…




