Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Lənkəran və Qubada ixtisaslaşmış regional Hemofiliya Məktəbinin yaradılması” layihəsi cərcivəsində Lənkəran Mərkəzi Xəstəxananın Baş həkiminin müavini Əbülfət Məmmədov və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinikasının baş həkimi Zahir Axundovla görüş kecirilmişdir.
Regionda yaşayan hemofiliyalı vətəndaşlarımıza olan tibbi xidmət haqqında müzakirələr aparılmışdır ve hemofiliya və digər irsi qan xəstəliyi haqqında maarifləndirmə işlərinin gücləndirilməsi üçün ixtisaslaşmış regional Hemofiliya Məktəbinin yaradılması zərruridir.
04 avqust 2018-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Hüseynova Gülnarə və sədr müavini Hüseynov Ayaz Lənkəran rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinikasının həkimi Dr. Sadiq Dadaşov və tibb bacısı Aygün Ələkbərova ilə təşkil edilmiş Hemofiliya Məktəbi üçün görülən işləri bir daha nəzərdən kecirdik. İxtisaslaşmış regional Hemofiliya Məktəbinin yaradılmasında aşağıdakı işlər görülmüşdür:
1. Hemofiliyalı pasientlərin reagional məlumat Bankı yaradılmışdır
2. Məlumat və təlim kitabçaları və vərəqələr Hemofiliya Məktəbinə verilmişdir.
3. Təlimlərin keçirilməsi üçün Hemofiliya Məktəbi texniki avadanlıqlarla təmin edilmişdir. (Kompyuter, LCD proyektor, printer).
Layihə cərcivəsində gələcək işlərimizi müəyyən edildi:
4. Xəstələrin siyahısı dəqiqləşdirilsin
5. Hemofiliyalı pasientlərin reagional məlumat Bankı mütamadi olaraq yenilənsin.
6. Hemofiliya haqqında elmi-praktiki təqdimatlar hazırlansın.
7. Təqdimatlar həkimlər və tibb bacıları üçün ayrı ayrılıqda Pover Point proqramında hazırlansın.
8. Azərbaycan Respublikası Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş vətəndaşlara dövlət qaygısı haqqında Qanunu, Hemofiliya üzrə dövlət Tədbirlər Planı və digər hüquqi Normativ aktlar və sənədlər haqqında təqdimat hazırlansın.
9. Cənub bölgəsinin 4 rayon (Masallı, Lerik, Lənkəran, Yardımlı) Mərkəzi rayon Xəstəxanalarında Seminarlar keçirilsin.
10. Hemofiliyalı xəstələr müayinə olunsun, konsultasiyalar verilsin. Hemofiliyalı xəstələr üçün Seminarlar keçirilsin.
Xatırladaq ki, hemofiliya müxtəlif lokalizasiyalı qanaxmalarla müşahidə olunan xəstəlikdir. Daha tez rast gəlinən qanaxmalar əlilliklə nəticələnən oynaq və beyin daxili qanaxmalardır.
Qeyd edək ki, cənub bölgəsində 100 dən cox vətəndaşlarımız hemofiliya və digər laxtalanma pozuntularından əziyyət çəkirlər.





