Hemofiliyali Xəstələrin Respublika Assosiasiyası Bilik Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti hörmətli Sevda xanım Tahirli Sabir fondu adından təşkilatımıza 200 ədəddən çox kitab bağışlamışdır. Bu qədər kitabı görən uşaqlarımız heyrətə gəlmiş, və kitablara həvəslərini bildirmişlər. Tədbirdə habelə “XXI esrde ushaq ve yeniyetmelerin heyati uchun alternativ psixoloji usullar” adlı layihənin rəhbəri Əbülfəz Babazadə və “Gənclərin Təlim , Təhsil , Peşə və İnkişaf Mərkəzi ” İctimai Birliyinin rəhbərliyi iştirak etmişlər və uşaqlarımıza məktəb çantaları hədiyyə etmişlər. Ümid edirik ki, uşaqlarımıza göstərilən qayğı hədər olmayacaq və vətənimizə dövlətimizə layiqli vətəndaş olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Hörmətli Azərbaycan Xalqı, Bilik Gününüz mübarək olsun