Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hemofiliya xəstəliyi üzrə Dövlət Proqramının qiymətləndirilməsi və dövlət- ictimai idarəetmənin bir hissəsi kimi səhiyyədə ictimai nəzarətin təşkili” adlı layihə çərçivəsində Bakı şəhərində 113 nəfər əmək qabiliyyətli olanları müəyyən etmək üçün çox profilli tibbi heyət tərəfindən təkrar müayinə edilmişdir. Habelə , daha ağır olan xəstələrin reabilitasiyası üçün sanator- kurort müalicənin və bu xəstələrin hərəkət məhdudluğuna gətirib çıxaran oynağın funksiyasının pozulması ilə nəticələnən əlillik dərəcələri differensasiya edilmişdir və hal hazırda tibbi – sosial faktorların , keyfiyyətli müalicə sisteminin müəyyən edilməsi üçün təhlillər aparılır.


10 ildir ki, Dölət Proqramı çərçivəsində bu xəstələrin müalicəsi bahalı dərman preparatları ilə aparılır. Lakin bunların ildə iki dəfə hematoloq, artoped, nevropotoloq, stomatoloq, rentgenoloq, UZİ müayinəsi pərakəndə aparıldığına görə hemofiliyalı xəstələrin tam cəmiyyətə inteqrasiyasını təmin etmək üçün 18-35 yaş kateqoriyalı hemofiliyalı vətəndaşların vəziyyətinin tibbi-sosial kriteriyalarla qiymətləndirilməsi məqsədəuyğundur.


Bununla bağlı bu gün Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında görülən işlər haqqında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının və Elmi Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Dr. Elmira Qədimova , Ortoped travmatoloq Dr. Natiq Əliyev , Assosiasiyanın PR üzrə meneceri Vüqar Tarıverdiyev, Assosiasiyanın sosial işlər üzrə koordinatoru Nurəddin Abdullayev ATV kanalı və QHTTV.AZ müsahibə vermişlər. Sonda Hemofiliya Mərkəzinin laboratoriyasının fəaliyyəti haqqında məlumat verilmişdir.


Qeyd edilmişdir ki, hemofiliya xəstəliyinin dəqiq diaqnozunu qoymaq üçün ilk dəfə laboratoriya avadanlığını Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının xətti ilə Azərbaycana gətirilmişdir və davam olaraq Azərbaycan hökuməti və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən laboratoriya reagentlər və digər avadanlıqlarla təchiz edilmişdir.