Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanın regionlarında hemofiliya və digər koaqulopatiyalı insanlar üçün çoxprofilli yardım qruplarının yaradılması layihəsini reallaşdırır. Layihə Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə həyata keçir.
15 aprel 2022-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Naxçıvan Mərkəzi Xəstəxanasının nəzdində hemofiliya və digər qanın laxtalanma pozğunluğu ilə olan pasiyentlərə xüsusi qayğı üçün müasir avadanlıqlarla stomatoloji kabineti təchizatlandırdı. Kabinetin açılışında TƏBİB -in məsul baş mütəxəssisi və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti iştirak etdi.





