İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbi keçirilir.
Məruzəçi Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya söbəsinin müdiri Dr. Naidə Hüseynzadə olacaq.
Mövzu: Hemofiliya A,B və inhibitorlu hemofiliya haqqında ətraflı məlumat, qanaxmaların dərəcəsinə uyğun faktor preparatının istifadə qaydası və xüsusi yanaşma.
Təlim 29 iyun 2021-ci il tarixdə saat 16:00da onlayn formatda keçiriləcək.
Hemofiliya Məktəbində iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi, xəstəlik haqqında sənədi ayazhuseynov88@gmail.com elektron ünvana göndərərək qeydiyyatdan keçə bilərlər.





