Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi bu ildə “MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU! ” adlı HEMOFİLİYA MƏKTƏBİNİN keçirilməsinə start verir.
HEMOFİLİYA MƏKTƏBİ 2022-də aşağıdaki mövzular nəzərdə tutulmuşdur.
1) Laxtalanma Pozğunluğundan əziyyət çəkən insanların sosial müdafiəsi və əlillik sahəsində yeni meyyarların tədbiqi.
2) Hepatit virusları haqqında məlumatlandırma, müalicə və profilaktikaya dair təlimlər.
3) Hemofiliya A,B və inhibitorlu hemofiliya haqqında ətraflı məlumat, qanaxmaların dərəcəsinə uyğun faktor preparatının istifadə qaydası və xüsusi yanaşma haqda təlimlər.
4) Digər laxtalanma pozğunluğu ilə olan xəstəliklər haqqında məlumat və spesifik yanaşma haqda təlimlər.
5) Hemofiliyanın fəsadlarının qarşısının alınması və aradan qaldırılmasında fizioterapevtik müalicənin faydası.





