Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə "MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU " adlı HEMOFİLİYA MƏKTƏBİ növbəti təlimini keçirdi.

15 avqust 2022-ci il tarixində "Laxtalanma pozğunluğundan əziyyət çəkən insanların sosial müdafiəsi və əlillik sahəsində yeni meyyarların tətbiqi" mövzusunda təlim keçirildi.

Məruzəçi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sosial məsələlər üzrə koordinatoru Nurəddin Abdullayev olmuşdur.

Təlimlərdə yeni meyyarlarla əlilliyin təyin olunması haqda ətraflı məlumat verilmişdir. Bundan başqa ortopediya, reabilitasiya, sanator kurort istirahət və özünə məşğulluq sahəsində dövlət tərəfindən yaradılan qayğı haqqında pasientlərə və kiçik yaşlı uşaqların valideynlərinə məlumat verilmişdir.

Qeyd edək ki, təlimlərə laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlardan başqa Kistik Fibroz Xəstəliyinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova və SMA xəsteliyindən əziyyət çəkən uşaqların valideynləridə qatılmışdır.

Daha sonra təlim sual və cavab formatında davam etmişdir.