8 avqust 2022-ci il tarixində "MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU " adlı HEMOFİLİYA MƏKTƏBİNİN bu ilə olan ilk təlimi keçirildi.
Hepatit virusları haqqında məlumatlandırma, müalicə və profilaktikaya dair təlimləri həkim qastroenteroloq-hepatoloq Dr. Rəksanə Cəlilova keçirdi.
Təlimdə hemofiliya və digər laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər, kiçik yaşlı uşaqların valideynləri , habelə "Leykeniya ilə mübarizə" ictimai birliyinin sədri Mehriban Bağırova iştirak etmişlər.
Təlim zamanı Dr. Rəksanə Cəlilova tərəfindən Hepatit A, B, C, D, E viruslarına dair ətraflı məlumat verdi. Xüsusi olaraq hepatitlərin simptomatikası, törətdiyi fəsadlar, müalicə və hepatit B vurusuna qarşı peyvəndin edilməsinin vacibliyi haqda məlumat verilmişdir.
Təlim sonunda iştirakçıların suallarına ətraflı olaraq təlimçi həkim Qastroenteroloq-hepatoloq Dr. Rəksanə Cəlilova və moderator Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov cavablandırmışlar.
Hemofiliya Məktəbi 2022 çərçivəsində hepatit virusları haqqında təlim keçirildi

8 avqust 2022-ci il tarixində "MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU " adlı HEMOFİLİYA MƏKTƏBİNİN bu ilə olan ilk təlimi keçirildi.
Alt şəkillər
Oxşar məqalələr
999 baxış
Tibb bacısı işinin təşkili adlı layihənin yekun konfransı keçirildi
Ayaz Huseynov, HHPA TABIB hemofiliya səhiyyə
937 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
2167 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
1039 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…




