2019 ilin Mart tətilləri zamanı 3 dən – 55 yaşa qədər Hemofiliya Azərbaycan üzvləri Azərbaycanda fizioterapiya xidmətinin yaxşılaşmasına dair layihə çərçivasində Lənkəranın Sanator Kurort Mərkəzində keçirilən təlimlərdə fəal iştirak etdilər.

Təlimlər bir neçə aspektdən yanaşma ilə vətəndaşlarımıza təqdim edildi.
Təlimin mövzuları tibb mütəxəssisləri , həmdə hemofiliyalı vətəndaşlar və onların ailə üzvləri arasında böyük müzakirələrə səbəb oldu.
Bu dəfə, 1. Beynəlxalq standartlara uyğun hemofiliyalı vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına dair Hemofiliyalı Xəstələrin Respulika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov, 2. Hemofiliya xəstəliyinin fəsadlarının qarşısının alınmasında və reabilitasiyası zamanı fizioterapiyanın rolu haqqında Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının fizioterapiya və bərpa şöbəsinin müdiri Dr. Yeganə Əzizova, 3. Hemofiliyanın müasir müalicə metodlarına dair Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Regional Mərkəzinin rəhbəri Dr. Təranə Cəlilova mövzular ətrafında təlim keçirilmişdir və müzakirələr aparılmışdır.
Təlimlər panel çıxışlarlada maraq doğurmuşdur.


Belə ki, “Hemofiliyalı pasientlərin dövlət sosial müdafiəsi” haqqında ətraflı məlumatı Hemofiliyalı Xəstələrin Respulika Assosiasiyasının Sosial məsəslələr üzrə Komitənin rəhbəri Nurəddin Abdullayev və “Hemofiliyalı uşağın həyatında hemofiliya haqqında biliyi olan və məlumatı olmayan valideynlrin müqayisəsi” barədə Hemofiliyalı Xəstələrin Respulika Assosiasiyasının valideynlərlə iş üzrə Komitənin rəhbəri Vüsalə Əkbərova faydalı məsləhətləri ilə çıxış etdilər.
Təlimlərin nəzəri hissəsindən keçid alındı praktik hissəyə.
Praktik işdə hemofiliyalı pasientlər Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatoloq ortopedi Dr. Əli Qasımov və Dr. Yeganə Əzizova ilə birgə müayinələrdən keçib və məsləhətlər aldılar.


Praktik işdə 6 nəfərdən ibarət mütəxəssis təcrübə mübadiləsi apardı. Təcrübə mübadiləsində yuxarıda qeyd edilən tibb mütəxəssisləri Dr. Yeganə Əzizova, Dr. Təranə Cəlilova, Dr. Əli Qasımovla yanaşı Gəncə şəhər Abbas Səhət adına 1 saylı xəstəxananın fizioterapiya həkimi Dr. Süsənbər Vəliyeva, Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqu Dr. Oksana Abbasova, Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Regional Mərkəzinin fizioterapiya kabinetinin fizioterapevti Sevinc Məmmədova fəal iştirak etmişlər.
Qeyd edək ki, təlimlərdə Azərbaycan Respublikasının müxtəlif regionlarından (Bakı, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Göyçay) hemofiliyalı pasientlər və onların ailə üzvləri iştirak etmişdir.


Təlimlər bir neçə gün davam etdiyinə görə uşaqlarımız valideynlərlə və həkimlərin müşahidəsi altında Lənkəran dəniz kənarında və Lerik rayonunun meşə masssivində gəzintilər təşkil edildi, təbiətin qoynunda aroma terapiya və art terapiya kurslarıda keçirildi.